YEVLAX MAYE QAZ DOLDURMA STANSİYASI

      Yevlax şəhəri, Dəmiryolçular qəsəbəsində, Baki şəhərindən 280 km məsafədə yerləşən Yevlax MQDS-i 1963-cü ildən fəaliyyətə başlamışdır. Yevlax MQDS-i istismara buraxıldığı ildən Azərbaycanın Şimal-Qərb rayonlarının (Yevlax, Ucar, Göyçay, Gədəbəy, Qəbələ, Oğuz, Şəki, Qax, Ağdaş) maye qaz məhsuluna olan təlabatlarını təmin edir.

  Yevlax MQDS-i texnikanın ən son nailiyyətlərini özündə əks etdirən uyğun xidmət sahələri ilə komplekləşdirilmiş, müasir tələblərə cavab verən yeni avadanlıqlar və layihələr əsasında təmir edilərək 2018-ci ilin iyul ayından yenidən istismara verilmişdir.

       Yevlax MQDS-i istehlakçı müəssisələrə maye qaz məhsulunun çatdırılmasını aşağıdakı üsullarla həyata keçirir:

  1. Dəmir yolu;
  2. Avtomobil nəqliyyatı;
  3. Balonlar vasitəsilə.

        Yevlax MQDS-nin istesalat zonasına aşağıdakı sahələr daxildir:

  1. Maye qaz məhsulunun dəmir yolu vasitəsilə qəbul edilməsi üçün dəmir yolu estakadası;
  2. Maye qaz məhsulunun saxlanılması üçün çənlər parkı;
  3. Nasos-kompressor sahəsi;
  4. Balonların doldurulması və qaz qalığından boşaldılması sahəsi;
  5. Avtoçənlərin doldurulması və boşaldılması sahəsi;
  6. Avtotərəzi və vaqontərəzisi.

Rəhbərlik:

Rəis: Hacıyev Camal 

Tel: (+994 55) 999-16-46

Rəis müavini: Səfərov Valeh 

Tel: (+994 55) 999-81-55

Faks: 0223360495

E-mail: yevlax-mqds@mmq.az