?>
HAQQIMIZDA

   1959-cu ildə Azərbaycan SSR Nazirlər sovetinin qərarına əsasən Maye Qazın Nəqli və Təchizi üzrə İstehsalat Birliyi yaranmışdır.  1997-ci il dekabrın 1-də Prezident H.Əliyevin 700 saylı sərəncamına əsasən İstehsalat Birliyi ləğv olunmuş və İstehsalat Birliyinin özəlləşdirilməsi ilə əlaqədar onun bazasında Səhmdar Cəmiyyət yaradılması haqqında qərar qəbul olunmuşdur. 1998-ci il aprel ayının 22-də Respublika Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən Bakı, Bərdə, Yevlax, Əli-Bayramlı, Siyəzən, Horadiz, Masallı və İstehsalat Birliyinin bazasında “MƏİŞƏT MAYE QAZ” ATSC yaradılması haqqında qərar qəbul edilmiş, 1999-cu ilin fevral ayından SƏHMDAR CƏMİYYƏT kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli fərmanına əsasən bir pəncərə prinsipi ilə Azərbaycan Respublikasının Vergilər Nazirlyi Bakı şəhəri Vergilər Departamenti Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 24.05.2012-ci il tarixli çıxarışı və 2002334681 saylı qeydiyyatı ilə Məişət Maye Qaz Açıq Səhmdar Cəmiyyəti, Məişət Maye Qaz Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir.

SİYASƏT

  

           Azərbaycan Respublikasının ərazisində maye qazın nəql edilməsi və bölüşdürülməsi, o cümlədən qaz balonlarının təmiri və sınağı üzrə xidmətləri təqdim edən aparıcı şirkət olan      " MƏİŞƏT MAYE QAZ" Qapalı Səhmdar Cəmiyyəti inteqrə edilmiş idarəetmə sistemi (keyfiyyət, ətraf mühit və təhlükəsizlik) üzrə hazırki siyasətini, strateji hədəflərə nail olmaqla və aşağıda qeyd olunan prinsiplərin həyata keçirilməsi yolu ilə realizasiya edir:

- İnteqrə edilmiş idarəetmə sisteminin məqsədi, təqdim edilən xidmətlərin yüksək keyfiyyət səviyyəsinə nail olmaq;

- Əməyin təhlükəsizliyi və işçilərimizin sağlamlığının qorunması səviyyəsinin yüksəldilməsi, o cümlədən ətraf mühitə neqativ təsirin azalması yolu ilə sifarişçilərimizin, istehlakçılarımızın tələb və gözləntilərinin təmin edilməsi;         

 - İnteqrə edilmiş idarəetmə sisteminin əsas prinsipləri istehlakçılarda keyfiyyət və etibarlılıq məsələlərinə olan baxışlarının, istehsalçıda olan baxışları ilə üst-üstə düşməsinin təmin edilməsi üçün səylərin göstərilməsi;

 - ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğun idarəetmə sisteminin işlənib hazırlanması, tətbiq edilməsi, saxlanılması və inkişaf etdirilməsi;

 - Maraqlı tərəflərin (sifarişçilər, işçilər, cəmiyyət və s.) tələb və gözləntilərinin təmin edilməsinə istiqamətlənmiş fəaliyyətimizin təşkilində proses yanaşmanın tətbiqi ilə idarəetmə sisteminin inkişafı;

 - Müəyyən edilmiş əhəmiyyətli riskləri, xidmətlərin keyfiyyəti haqqında məlumatları, əməyin mühafizəsi və sağlamlığın qorunması sahəsində tələbləri nəzərə almaqla, proseslərin fəaliyyəti barəsində məlumatların təhlili əsasında vaxtlı-vaxtında qərarların qəbul edilməsi;

 - Risklərin idarəetmə sisteminin tətbiq edilməsi və yerinə yetirilən fəaliyyəti çərçivəsində rəhbər heyətində və işçilərdə risk, istiqamətlənmiş düşüncənin inkişaf etdirilməsi yolu ilə maye qazın saxlanılması, nəql edilməsi və istismarı üçün infrastrukturun zəruri təhlükəsizliyinin təmin edilməsi;

 - Fəaliyyətdə ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və sağlamlığın qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq aktları ilə müəyyən edilmiş bütün tətbiq edilən normalara riayət edilməsi;

 - Texnoloji avadanlıqlarının qəzasız işinin təmin edilməsi hesabına qazdoldurma məntəqələrinin istismarı zamanı sənaye təhlükəsizliyi üzrə bütün tələblərinin müəyyən edilməsi və yerinə yetirilməsi;

 - Avadanlıqlarının texniki müayinəsi üçün effektiv metodların tətbiq edilməsi və s.

SERTİFİKATLAR