Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasında “Məişət Maye Qaz” QSC də iştirak edib.
Bu mühüm tədbirin əsas məqsədi işaxtaran və işsiz vətəndaşları əmək bazarındakı mövcud imkanlarla tanış etmək, onların məşğulluğunu təmin etmək və işəgötürənlərlə birbaşa ünsiyyətə şərait yaratmaq olub. Əmək yarmarkası çərçivəsində “Məişət Maye Qaz” QSC olaraq biz müxtəlif peşə və ixtisaslar üzrə vakansiyalar təqdim edərək potensial namizədlərlə görüşlər keçirdik. Namizədlərlə canlı ünsiyyət zamanı onların bilik və bacarıqları dəyərləndirildi, şirkətimizin fəaliyyət sahələri, iş şəraiti və inkişaf perspektivləri barədə ətraflı məlumat verildi.
Biz inanırıq ki, bu kimi əmək yarmarkaları işaxtaranlarla işəgötürənlər arasında effektiv əlaqələr quraraq, cəmiyyətin sosial rifahına və əmək bazarının inkişafına mühüm töhfə verir. “Məişət Maye Qaz” QSC olaraq gələcəkdə də bu cür təşəbbüsləri dəstəkləməyə və işaxtaran şəxslərə yeni imkanlar təqdim etməyə davam edəcəyik.