ŞİRVAN MAYE QAZ DOLDURMA STANSİYASI

  Şirvan şəhəri Hacı–Qəhrəmanlı qəsəbəsində, Baki şəhərindən 131 km məsafədə yerləşən Şirvan MQDS-i 1972-ci ildən fəaliyyət göstərir. Şirvan MQDS-i istismara buraxıldığı ildən Azərbaycanın Aran rayonlarının (Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Salyan, Kürdəmir, Saatlı, Şamaxı) maye qaz məhsuluna olan təlabatlarını təmin edir.

       Şirvan MQDS-i istehlakçı müəssisələrə maye qaz məhsulunun çatdırılmasını aşağıdakı üsullarla həyata keçirir:

  1. Dəmir yolu;
  2. Avtomobil nəqliyyatı;
  3. Balonlar vasitəsilə.

        Şirvan MQDS-nin istesalat zonasına aşağıdakı sahələr daxildir:

  1. Maye qaz məhsulunun dəmir yolu vasitəsilə qəbul edilməsi üçün dəmir yolu estakadası;
  2. Maye qaz məhsulunun saxlanılması üçün çənlər parkı;
  3. Nasos-kompressor sahəsi;
  4. Balonların doldurulması və qaz qalığından boşaldılması sahəsi;
  5. Avtoçənlərin doldurulması və boşaldılması sahəsi;
  6. Avtotərəzi və vaqontərəzisi.

Rəhbərlik:

Rəis: Qasımov Hüseyn 

Tel: (+994 55) 999-82-70

E-mail: şirvan-mqds@mmq.az