SİYƏZƏN MAYE QAZ DOLDURMA STANSİYASI

   Bakı-Quba magistral şose yolu yaxınlığında, Baki şəhərindən 100 km məsafədə yerləşən Siyəzən MQDS - i 1989-cu ildən fəaliyyət göstərir. Siyəzən MQDS-i istismara buraxıldığı ildən Azərbaycanın Şimal rayonlarının (Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba, Qusar) maye qaz məhsuluna olan təlabatlarını təmin edir. Siyəzən MQDS-də 2012-ci ildə yenidənqurma işləri aparılaraq stansiyada mövcud olan köhnəlmiş avadanlıqlar yeni müasir tipli enerjiyə qənaətçil, təhlükəsiz və etibarlı avadanlıqlarla əvəz olunmuşdur.

       Siyəzən MQDS-i istehlakçı müəssisələrə maye qaz məhsulunun çatdırılmasını aşağıdakı üsullarla həyata keçirir:

  1. Dəmir yolu;
  2. Avtomobil nəqliyyatı;
  3. Balonlar vasitəsilə.

        Siyəzən MQDS-nin istesalat zonasına aşağıdakı sahələr daxildir:

  1. Maye qaz məhsulunun dəmir yolu vasitəsilə qəbul edilməsi üçün dəmir yolu estakadası;
  2. Maye qaz məhsulunun saxlanılması üçün çənlər parkı;
  3. Nasos-kompressor sahəsi;
  4. Balonların doldurulması və qaz qalığından boşaldılması sahəsi;
  5. Avtoçənlərin doldurulması və boşaldılması sahəsi;
  6. Avtotərəzi və vaqontərəzisi.

Rəhbərlik:

Rəis:  Məmmədov Əjdər  

Tel: (+994 55) 999-24-02

Rəis müavini:  Hacıyev Fərid  

Tel: (+994 55) 999-82-81

Faks: 0233066021

E-mail: siyəzən-mqds@mmq.az