• AZ
  • EN
  • RU

STRUKTUR

>

MASALLI MAYE QAZ DOLDURMA STANSİYASI


Bakı-Astara magistral şosse yolu yaxınlığında, Baki şəhərindən 236 km məsafədə yerləşən Masallı MQDS-i 1996-cı ildən fəaliyyət göstərir.
Masallı MQDS-i istismara buraxıldığı ildən Azərbaycanın Cənub rayonlarının (Masallı, Lerik, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar) maye qaz məhsuluna olan təlabatlarını təmin edir.
Masallı MQDS-də 2014-ci ildə yenidənqurma işləri aparılaraq stansiyada mövcud olan köhnəlmiş avadanlıqlar yeni müasir tipli enerjiyə qənaitçil, təhlükəsiz və etibarlı avadanlıqlarla əvəz olunmuşdur.
Masallı MQDS-nə istehsalçı müəssisələrindən maye qaz məhsulunun çatdırılması iki üsulla həyata keçirilir:
- Dəmir yolu 
- Avtomobil yolu

Masallı MQDS-nin istehsalat zonasına aşağıdakı sahələr daxildir:
- Maye qaz məhsulunun dəmir yolu ilə qəbul edilməsi üçün dəmir yolu estakadası
- Maye qaz məhsulunun saxlanılması üçün çənlər parkı
- Nasos-kompressor sahəsi
- Balonların doldurulması və qaz qalığından boşaldılması sahəsi
- Avtoçənlərin doldurulması və boşaldılması sahəsi
- Avtotərəzi və vaqontərəzi

Rəhbərlik:

Rəis: Həmidov Ülfət Nofəl oğlu

Tel:  (+994 55) 9998160

Faks: 0252155802

E-mail: masallı-mqds@mmq.az