• AZ
  • EN
  • RU

STRUKTUR

>

BAKI MAYE QAZ DOLDURMA STANSİYASI


Qaradağ rayonu, Bakı-Ələt yolunun 22-ci kilometrliyində yerləşən ilk stansiya olmuş Bakı MQDS-i 1959-ci ildən fəaliyyət göstərir.

Bakı MQDS-i istismara buraxıldığı ildən Azərbaycanın Bakı və ona yaxın rayonlarının (Bakı, Sumqayıt, Abşeron, Qaradağ, Xəzər) maye qaz məhsuluna olan təlabatlarını təmin edir.

Bakı MQDS-nin Sumqayıt MQDM-də 2014-cü ildə yenidənqurma işləri aparılaraq stansiyada mövcut olan köhnəlmiş avadanlıqlar yeni müasir tipli enerjiyə qənaitçil, təhlükəsiz və etibarlı avadanlıqlarla əvəz olunmuşdur.

2017-ci ildə Bakı MQDS-in də yenidənqurma işləri aparılaraq   yanacaq doldurma məntəqəsi istismara verilmişdir. 

Bakı MQDS-nə istehsalçı müəssisələrindən maye qaz və yanacaq məhsullarının çatdırılması iki üsulla həyata keçirilir:

- Avtomobil yolu 

- Boru vasitəsilə 

Bakı MQDS-nin istesalat zonasına aşağıdakı sahələr daxildir:

- Maye qaz və yanacaq məhsullarının saxlanılması üçün çənlər parkı

- Nasos-kompressor sahəsi

- Balonların doldurulması və qaz qalığından boşaldılması sahəsi

- Balonların sınaq olunması sahəsi

- Avto-çənlərin doldurulması və boşaldılması sahəsi

- Maye qaz doldurulma məntəqəsi (Sumqayıt şəhəri, Bakı-Quba magistral yolunun sol tərəfi)

- Yanacaq doldurma məntəqəsi

 

Rəhbərlik:

Rəis: Salmanov Vahid Vaqif oğlu

Tel: (+994 55) 9997888

 

Rəis müavini:  Zamanov Tərlan Hacı oğlu

Tel: (+994 55) 9998255

Faks: (+994 12) 4915692

E-mail: bakı-mqds@mmq.az