• AZ
  • EN
  • RU
Digər Şəkillər

“Neft Daşları” yatağındakı 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

Bu günlərdə “Neft Daşları” yatağındakı 2387 saylı stasionar dəniz özülündə 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.

Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul vermiş, 1365-1360 metr intervaldan sutkalıq 15 ton neft və 7500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.